“Barkamp Azərbaycan 2009″ başlayır
Avqust ayında növbəti Barkamp tədbiri reallaşacaq. Avqust ayının 14-16-ı nəzərdə tutulan tədbir Gəncə şəhərində baş tutacaq.
14-16 avqust tarixlərində, Gəncədə keçiriləcək bu qeyri-konfransın əsas məqsədi Azərbaycanda yeni İnternet və Müasir Media layihələrinin inkişafını stimullaşdırmaq, gənc eləcə də təcrübəli İT, Müasir Media mütəxəssisləri arasında təcrübə mübadiləsini, son internet texnologiyaların tətbiqinə təkan vermək, bu sahələrdəki problemlərin, inkişaf perspektivlərinin müzakirəsini təşkil etməkdir. Bu qeyri-konfransda İT-nin və Müasir Medianın müxtəlif istiqamətlərindən olan 200-dən çoz yerli mütəxəssisin və bu sahə ilə yaxından maraqlananların, eləcə də xarici ekspertlərin iştirakı da gözlənilir.